18 yaşdan aşağı şəxslər bu halda vaksinasiya oluna bilər – AÇIQLAMA
Hansısa ağır xəstəliyi olan və risk qrupuna daxil olan 18 yaşdan aşağı şəxslər peyvənd vurdura bilər.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, belə şəxslər poliklinikalara müraciət etmələri tövsiyə edilir:
“Həkimlərin göstərişi əsasında həmin şəxslər vaksinasiya oluna bilərlər. Lakin hələ bizdə 18 yaşdan aşağı uşaq və yeniyetmələrə vaksin vurdurmaq tövsiyə edilmir”.

