Sosial 

Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb – Şahmar Mövsümov

Vaksinasiyada ümumi icbarilik nəzərdə tutulmayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, sadəcə müəyyən sahələrdə icbarilik var:

“Vətəndaş vaksin vurdurmağa məcbur deyil. Amma bir çox sahələrdə bu, var. Məsələn, həkimlər. Onlar bilavasitə qırmızı zonada olduqlarından, onların vaksinasiyasında icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.

Daha çox xəbərlər