Hadisə 

Sabirabadda AİLƏ FACİƏSİ: Arvadını, qayınatasını və özünü GÜLLƏLƏDİ – VİDEO

Sabirabad rayonunda ailə faciəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər