Süni tənəffüs aparatına qoşulan kimlərdir? – Ramin Bayramlı AÇIQLADI
Vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır.
ARANTV.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı “Twitter” hesabında yazıb.
“Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birgə mübarizə aparaq”, – deyə o qeyd edib.

