Qarabağda üçəm doğuldu
Ağdamda üçəm dünyaya gəlib.
ARANTV.AZ bildirir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən xəbərə görə, 21 yaşlı Hüseynova Rəqsanə Zakir qızı ötən gün rayon doğum evində üçəm dünyaya gətirib.Rəqsanə Hüseynovanın 31 yaşlı Eldəniz Qənbərovla evliliyindən əvvəlcə bir oğul övladı olub. Üçəmlərin 2-si oğlan, biri qızdır.

