Yeni şöbə müdiri təyin olundu
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müdiri təyin olunub.
ARANTV.AZ xəbər verir ki, bu vəzifəyə Məmmədov Həsən Surxay oğlu təyinat alıb.
Həsən Məmmədov uzun illər Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
O, 2015-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

