Sosial 

Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Bu gün Azərbaycan xalqının humanizm və xeyirxahlıq milli ənənələrinin davamçısı Mehriban xanım Əliyevadır. Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib.

Azərbaycan xalqının taleyində ən xoş məqamlardan biridə odur ki, Mehriban xanım Əliyevanın humanizm ideyalarına söykənən çoxşəxali fəaliyyətinin müsbət dinamikassı var. Ölkəmizin beynəlxalq nüfuzunu gündən günə artıran layihələrin təşəbbüskarı və əsas hamisi Mehriban xanım Əliyeva hər bir azərbaycanlının qəlbində xeyirxahlıq və mərhəmət simvoluna çevrilmişdir. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir. Xoşməramlı səfir kimi bir çox beynəlxalq kütləvi–mədəni tədbirlərin, konfransların və simpoziumların təşkilinə birbaşa rəhbərlik edən Azərbaycan xalqının birinci xanımı hər zaman xalqımızı layiqincə təmsil edərək ölkəmizi dünya dövlətləri içərisində ən uca zirvələrə daşımışdır. Ekoloji, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən bütün xeyirxah işlər bilavastə Mehriban xanımın adı ilə bağlıdır.2020-ci ildə Vətən müharibəsində yaralanan qazilərimizə  və şəhid ailələrinə hər cür maddi və mənəvi dəstəyi Heydər Əliyev Fondu yetərincə vermişdir. Qazilərimizin dünyanın bir çox ölkələrində müalicə alması, protezlərlə təmin olunması bu Fondun mərhəmət və şəfqət ocağı olduğunun bariz nümunəsidir. Bu gün hər bir vətəndaşımız bu qayğının isti nəfəsindən yararlanır.

Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır. Azərbaycanın birinci xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu isə o deməkdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin, ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə beynəlxalq mükafatlara layiq görülüb.

Şahin Allahverdiyev,

Pirallahı rayonu, 235 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər