Bakının ictimai iaşə dövriyyəsi 8% artıb
Bu ilin yanvar-iyul aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8% artaraq 286,6 mln. manat olub.
“İki sahil”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,2% artaraq 227,8 mln. manat olub.

