Sosial 

Vaksin olunmayan müəllimlərlə bağlı müəyyən məhdudiyyətlər olacaq

Mehriban Vəliyeva: Əks göstərişli insanları kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik

“COVID pasportu və əks göstəriş sertifikatları ilə bağlı məsələ gündəmdədir”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

O bildirib ki, vaksinasiyadan keçən müəllimlər rahat şəkildə tədrisə cəlb olunacaq: “Amma təhsil kütləvilik daşıdığı üçün əks göstərişli insanları belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik. Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bu məsələlər hələ ki, müzakirə olunur”.

Daha çox xəbərlər