Yüksək bal toplayan şəxslər yalnız bu halda Prezident təqaüdü ala bilər – RƏSMİ
Hər qrup üzrə ən yüksək bal toplayan və yalnız ölkə daxilində təhsil almağı seçən 25 nəfər Prezident təqaüdünə namizəd göstərilir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, əgər yüksək bal toplayan və Prezident təqaüdü ala biləcək şəxs, xaricdə təhsil almağa gedirsə, o, bu şansdan məhrum olur:
“Biz sadəcə namizədlərin adlarını təqdim edirik və sonda həmin şəxslərlə bağlı Prezident sərəncam verir”.

