Sosial 

Vəfat edən insanların pensiyası ailə üzvlərindən kimlərə verilir? – AÇIQLAMA

Pensiya yaşına çatmadan vəfat edən illərin işçisinin pensiya pullarının aqibəti necə olur? Həmin şəxsin pensiyası onun həyat yoldaşına, övladlarına verilə bilərmi?

Mövzuyla bağlı Sonxeber.az olaraq deputat Fazil Mustafa ilə əlaqə saxladıq.

O bildirib ki, vəfat edən kişinin ailəsinin həqiqətən ehtiyacı varsa, o zaman onun pensiyası həyat yoldaşına verilməlidir:

“Bu, xanım pensiya yaşına çatana qədər davam edir, daha sonra isə qadın artıq öz pensiyasını alır və vəfat edən yoldaşının təqaüdü kəsilir.

Əgər vəfat edən qadındırsa, onun pensiyasını kiminsə alması mümkün deyil. Lakin himayəsində azyaşlı uşaqlar varsa, onlar ala bilərlər. Sığorta insanın şəxsinə və varislərinə aid olan bir məsələdir. Varislər isə azyaşlı və s. kateqoriyalara görə müəyyənləşirlər. Pensiyada sığortanın ölən şəxsin bütün varislərinə çatmasını vacib edən bir qayda yoxdur”.

Daha çox xəbərlər