İsmayıllıda bir tondan çox çətənə kolu məhv edildi – FOTO
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1 711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

