Bağça uşaqları birinci xanım Mehriban Əliyevanı belə təbrik etdilər – FOTO
Bildiyiniz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, Mehriban xanım Əliyevanı ad günüdür.
ARANTV.AZ xəbər verir ki, uzunmüddətli fəaliyyəti dövründə Mehriban xanım Əliyeva tək böyüklərin deyil, həm də uşaqların sevgisini qazanıb.
Məhz ona görə də bu gün Bakıdakı, eləcə də bölgələrdəki bağçalarda tərbiyə alan uşaqlar ölkəmizin Biirinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər.
Bu təbriklərə Yevlax rayonunun bağçalarındakı uşaqlar da qoşulub.
Belə ki, körpə fidanlar bağçanın həyətində çiçəklərə qulluq edib, daha sonra şer və mahnı oxuyaraq rəqs nömrələri nümayiş etdiriblər.





