Gündəm 

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bu il sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. Konfransa məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.

Konfransda:

– Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

– Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

– Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

– Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı

istiqamətlərində müzakirələr aparılacaq.
Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.

Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)

Daha çox xəbərlər