II Dünya Müharibəsi veteranı 96 yaşında vəfat edib – FOTO
II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib.
ARANTV.AZ xəbər verir ki, veteran Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1925-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub.
Z.Nağıyev SSRİ Silahlı Qüvvələrində xidmət edib, müharibə cəbhələrində Ukraynaya qədər qəhrəmanlıqla vuruşub, müxtəlif orden və medallara layiq görülüb.

