Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötüb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 522 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 240 261 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 11 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4796 nəfərə yüksəlib.

