5 şəhid ailəsinin mənzilində əsaslı təmir işləri aparılıb
Nəsimi rayonunda yaşayan 5 şəhid ailəsinin mənzilində əsaslı təmir işləri aparılıb.
ARANTV.AZ xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi 9 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, şəhidin ailə üzvlərinin yaşadığı mənzil əsaslı təmir edilib, binanın giriş hissəsinə şəhid Toğrul Bərxudarovun barelyefi vurulub.

Görülmüş işlər çərçivəsində həyətə 1000 kv.m. asfalt örtüyü, 500 kv.m. qazon, 400 kv.m. tamet daşı vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün 250 p.m. su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl kollar və ağaclar əkilib.
Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.
Hazırda Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun ailə üzvlərinin yaşadıqları A.Məhərrəmov küçəsi 68 saylı ünvanda yerləşən 3 otaqlı mənzildə əsaslı təmir işləri aparılır.

