Azərbaycanda bu taksi şirkəti bağlanır
“Taksi Miks” MMC ləğv olunduğunu elan edib.
ARANTV.AZ Ölkə.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ5001 Sumqayıt şəhəri, 6 MKR, ev 16, mənzil 19 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Taksi Miks” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Heydərov Radik Firuddin oğludur. Şirkətin nizamnamə kapitalı 10 manatdır.

