Gürcüstan vətəndaşlarına niyə vaksin vurulmur? – AÇIQLAMA
Azərbaycanda Gürcüstan vətəndaşlarına vaksin vurulmur. Şikayətçilərin sözlərinə görə, əvvəl onlara vaksin vurulsa da, hazırda artıq o qanunun ləğv olunduğunu bildirərəlk vaksin vurmurlar. Bu, hüquqi baxımdan nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, Onların vaksin vurdurmaması üçün heç bir əngəl yaradılmamalıdır:
“Dünyada vaksin siyasətinin mahiyyəti ondan ibarətdir ki, əhalinin epidemioloji sağlamlığı təmin edilsin. Azərbaycanda daimi yaşamaq hüququ olan şəxslərə və Azərbaycan Respublikasının vətəndaşlarına vaksin vurulur.
Vaksinlər dünya üzrə bölüşdürülən zaman ölkənin vətəndaş sayına görə peyvənd verilir.
Rəsmi qeydiyyatda olan 120 minə yaxın xarici ölkə vətəndaşı var ki, onlar əhali ilə sıx təmasda olurlar.
Onlara vaksinin vurulmaması həmin şəxslərə qarşı ayrı-seçkilik, eyni zamanda, ölkəmizdə epidemioloji vəziyyətin düzəlməsinə də zərərdir.
Ona görə hüquqi baxımdan vətəndaşlığı olmayan şəxslərə də vaksin vurula bilər. Çünki onlar da bizim ölkəmizdə yaşayırlar və yoluxsalar, digər insanları da yoluxdura bilərlər.
Belə məsələlərdə insan hüququ prinsipi önə çıxdığı üçün, düşünürəm ki, onların vaksin vurdurması üçün heç bir əngəl olmamalıdır”.

