Dünya 

Rusiyanın “Su-24” bombardmançısı qəzaya uğradı

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-24” bombardmançı təyyarəsi təmir müəssisəsinə uçarkən qəzaya uğrayıb.

Hadisə Perm şəhəri yaxınlığında baş verib.

Pilotların təyyarəni vaxtında tərk etdiyi bildirilib. Hazırda onların təxliyəsi üçün qəza bölgəsinə helikopter göndərilib.

Təyyarənin meşə sahəsinə düşdüyü, qəza bölgəsində hər hansı bir dağıntı və təlafatın olmadığı qeyd edilib.

Mənbə: “Ria Novosti”

Daha çox xəbərlər