Hadisə 

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb

Daşkəsən sakini minaya düşüb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.

Ş. Tağıyev xəstəxanaya yerləşdirilib, sağ ayağı topuqdan amputasiya edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daha çox xəbərlər