Hadisə 

Kürdə boğulan gəncin meyiti sudan çıxarıldı – YENİLƏNDİ

Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.

ARANTV.AZ  xəbər verir ki, 2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

xxx

29.08.2021 – 22:30

Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.

ARANTV.AZ xəbər verir ki, Salyan şəhər sakini, 15 yaşlı Baxışov Emin Əziz oğlu və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olunsa da, E.Baxışov Kürdə batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

23:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Daha çox xəbərlər