Dünya 

Rusiyada vulkan püskürdü: kül dumanı 3 min metrə qalxdı – VİDEO

Rusiyanın Kamçatka bölgəsində Şiveluç vulkanı yenidən aktivləşib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Rusiyanın Regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Vulkandan çıxan kül dumanı 3 min metr yüksəkliyə qalxıb.

Sakinlər və turistlərə xəbərdarlıq olunub ki, vulkanın yaxınlığına doğru hərəkət etməsinlər.

Qeyd edək ki, Şiveluç vulkanı yaşayış məntəqələri yaxınlığında yerləşir.

Daha çox xəbərlər