Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır – Elnur Məmmədov
Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu insanlığa qarşı cinayətdir
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, Azərbaycan əsir, itkin, girov götürülmüş şəxslərlə bağlı BMT-nin qətnamələrinə hər zaman əməl edib. Hazırda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb və onlardan 3171 hərbçi, 719 isə mülki şəxslərdir: “Ermənistan 267 mülki şəxsi əsir götürüb. O cümlədən 29 uşaq, 98 qadın, 112 yaşlı şəxsi girov götürüb və geri qaytarmayıb. Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır və onlar buna tab gətirməyərək həyatlarını itirirlər. Bu insanlığa qarşı cinayətdir”.

