Siyasət 

Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur – Ombudsman

Ermənistanın hərbi təcavüzü ilə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşları vardır. Bütün sübutların olmasına baxmayaraq Ermənistan Azərbaycan vətəndaşlarını girov saxlamaları faktını inkar etməyə çalışır. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib, 100-lərlə azərbaycanlıya erməni əsirliyində aldığı fiziki və pisixi travmalar nəticəsində müxtəlif əllillik qrupları təyin edilib:

“Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım. Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqlarını bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər”.

Daha çox xəbərlər