İdman 

Olimpiadada yer tutan idmançımız əməliyyat olunacaq – ÖZƏL

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

ARANTV.AZ-ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq.

Qeyd edək ki, əməliyyat sentyabrda baş tutacaq.

Daha çox xəbərlər