Dünya 

50000 əfqanıstanlı qaçqın Zəngəzur yaxınlığında məskunlaşdırılacaq? – Ermənistan təşvişdə

“Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yaxın vaxtlarda 50000 əfqanıstanlı qaçqını Laçın rayonunun cənub hissəsində (Laçının cənub hissəsi, Qubadlı, Zəngilan) məskunlaşdıracaqlar”.

ARANTV.AZ ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Artur Yeğiazaryan “Facebook” səhifəsində yazıb.

“Üstəlik də Sünik yaxınlığında yerləşən ərazilərdə. Gələcəkdə bu qaçqınların sayını 160000-dən 200000-ə qədər çatdırmaq, Qarabağda məskunlaşdırmaq planlaşdırılır. Düşünürəm ki, siyasi nəticələr məlumdur. Xüsusən də bu prosesində arxasında Əfqanıstanda öz varlığını təmin edən NATO üzvü Türkiyə durur”, – deyə o qeyd edib.

Daha çox xəbərlər