Vaksindən sonra virusa yoluxma ehtimalı artır? – AÇIQLAMA
Bir çox insanlar vaksin vurdurduqdan bir müddət sonra qrip və ya “COVİD-19” virusuna yoluxurlar. Bu, vaksinin immunitetə təsiri ilə bağlı ola bilərmi? Vaksin virusa yoluxma ehtimalını artırırmı?
Məsələ ilə bağlı infeksionist Nicat Əzimli Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, əslində həmin insanlar vaksin vurdurduqları üçün deyil, vaksin vurdurmağa gedən zaman məsafə saxlamadıqları üçün yoluxurlar:
“Vaksin vurulma məntəqələrinə gedən şəxslər arasında artıq yoluxmuş şəxslər ola bilər. o halda həmin məntəqədəki digər şəxslər üçün də yoluxma təhlükəsi var. Yəni bu, vaksinlə əlaqəli bir hal deyil, sadəcə olaraq, oradakı insanların bir-birini yoluxdurması halıdır.
Bugünkü pandemik vəziyyətlə əlaqədər olaraq, vaksin olunan və olunmayan şəxslər arasında xəstəlik çox yayılıb. Ona görə də vaksindən bir neçə gün sonra yoluxma halları təbiidir. Vaksin olunan və olunmayan şəxslər arasında fərq yoxdur, hər kəs yoluxa bilər. Yoluxmanın vaksinlə heç bir əlaqəsi yoxdur”.

