Avropada təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib

Avropada təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, səhər saatlarında Niderlandda TTF birjasında qazın oktyabr fyuçersləri 592 dollara alınıb-satılırdı.

Hazırda təbii qaz qiymətləri min kubmetr üçün 586 dollar təşkil edir.

Xatırladaq ki, ötən həftə birjalarda təbii qaz qiymətlər 580 dollar həddini keçmişdi.