Hadisə 

Gədəbəydə bir ailə döyüldü: ər, arvad, oğul

Gədəbəy rayonunda bir ailənin 3 üzvünə xəsarət yetiriblər.

ARANTV.AZ “Report”a istinadən bildirir ki, hadisə rayonun Slavyanka kəndinə qeydə alınıb.

Kənd ərazisində, 1967-ci il təvəllüdlü Niyazi Quliyev, onun həyat yoldaşı və oğlu, 1997-ci il təvəllüdlü Nemət Quliyev və müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlar tanıdıqları şəxs tərəfindən otlaq sahəsi üzrə düşən mübahisə zəminində döyüldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər