Sosial 

Bu işçilərin 1-ci doza peyvənd olunması tələbi qüvvəyə mindi

Bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

ARANTV.AZ-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Daha çox xəbərlər