Gündəm 

“Trend”in 26 yaşı olur

Sentyabrın 1-də Trend informasiya agentliyinin 26 ili tamam olur.

ARANTV.AZ  xəbər verir ki, 1995-ci ildə yaradılmış “Trend” Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir.

Beynəlxalq nüfuzlu xəbər agentliyinin baş direktoru İlqar Hüseynovdur.

ARANTV.AZ  agentliyin rəhbərliyini və kollektivini təbrik edir.

Daha çox xəbərlər