Sosial 

Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? – VİDEO

“Kütləvi şəkildə COVID-19 pasportlarının yoxlanılması anlayışı yoxdur. Çünki vaksinasiya könüllüdür və yalnız məhdudlaşdırılan sahələrdə – iri ticarət mərkəzlərində, mehmanxanalar və ictimai iaşə obyektlərində mütləq qaydada COVID-19 pasportları yoxlanacaq”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

O, əlavə olaraq qeyd edib ki, həmin ünvanlara COVID-19 pasportu olmadan daxil olanlar barədə ciddi tədbirlər görüləcək.

Daha çox xəbərlər