“Media haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq
“Milli Məclisin payız sessiyasında “Media haqqında” qanun layihəsi müzakirə ediləcək”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, qanun layihəsi müvafiq qurumlarda diskussiyalardan keçib, sənəd ətrafında ictimai müzakirələr təşkil edilib: “Qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması üçün lazımi bütün addımlar atılıb. Artıq bu yöndə hər hansı çətinlik qalmayıb”.
Komitə sədri diffamasiya ilə bağlı da qanun layihəsinin hazırlanmasını təklif etdiyini qeyd edib: “Ən azı bununla bağlı ötən sessiyada ertələnən diffamasiya ilə bağlı dinləmələr təşkil etməyi sessiyanın gündəliyinə çıxaracağımıza ümidvarıq”.
Z. Oruc bildirib ki, “Diaspor haqqında” qanun layihəsinin ilkin variantı da artıq hazırdır:
“Diaspor haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər gedir. Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Bu sessiyada bu qanun layihəsinin də müzakirəsini gözləyirik”.

