Reanimasiyada yatan xəstələrin 95 faizi peyvənd vurdurmayan şəxslərdir
“Reanimasiyada yatan xəstələrin demək olar ki, 95 faizi peyvənd vurdurmayan şəxslərdir”.
ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev “COVID-19-un ev şəraitində müalicəsi” mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, peyvənd bizi xəstəliyin ağır gedişindən qoruyur: “Vaksinin insanı xəstəliyin ağır gediindən qoruması bəzən 100 faizdir”.

