Sosial 

Vaksin vurulduqdan sonra niyə spirtli içki qəbul etmək olmaz? – AÇIQLAMA

Hər birimiz vaksin vurdurduqdan sonra müəyyən qadağalar qoyulur. Vaksindən sonra 3 gün ərzində həmin yerə su dəyməməlidir, spirtli içki, qazlı sular içmək olmaz, sitrus meyvələri yeyilməməlidir.

Bu qadağalara səbəb nədir?

Sonxeber.az-a açıqlama verən infeksionist Akif Qurbanzadə həmin sualları cavablandırıb:

“Spirtli içki içmək olmaz, çünki spirtli içkilər immuniteti zəiflədir. Qazlı suların içilməsinə, sitrus meyvələrin yeyilməsinə qoyulan qadağa isə əhəmiyyətsizdir. “Vaksin vurulan yerə su vurulmasın” qadağasının səbəbi ondadır ki, həmin yerə su dəysə, iltihab əmələ gələ bilər”.

Daha çox xəbərlər