Hadisə 

ASCO-nun əməkdaşı ürəktutmasından vəfat edib – FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin hamiyəçi mexaniki Səyyad Hacıyev 56 yaşında vəfat edib.

Bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, S.Hacıyev ürəktutmasından vəfat edib.

Mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanan Səyyad müəllimin əziz xatirəsi iş yoldaşları arasında hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarları Səyyad Hacıyevin vəfatına görə yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

 

Daha çox xəbərlər