Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” xəbərdarlıq ediləcək
Yeni layihəmizə əsasən bazada abonentin mobil nömrəsi varsa, qaz sayğacının nə zaman və hansı səbəbdən dəyişdirilməsi barədə onlara “SMS” bildiriş göndəriləcək.
ARANTV.AZ xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O həmçinin, qeyd edib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir:
“Əgər mexaniki sayğac istifadəçilərinin bazada mobil nömrəsi varsa, ödənişlə bağlı bildiriş köhnə qaydada sayğac oxunması yolu ilə yox, “SMS” vasitəsilə göndəriləcək.”

