Gündəm 

DSX-nın yeni mətbuat katibi təyin olunub? – RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.

Bunu Trend-ə açıqlamasında Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.

Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: “Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir”.

Daha çox xəbərlər