Üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir
“Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir”.
ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi öz rəsmi tvitter hesabında paylaşıb.
“Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunan torpaqlara təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün öz fəaliyyətini davam etdirir”, – deyə məlumatda qeyd olunub.

