Hadisə 

Nairə Sadıxova VƏFAT ETDİ

Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

ARANTV.AZ  xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova sentyabrın 4-də, 57 yaşında dünyasını dəyişib.

Nairə Hafiz qızı Sadıxova 1964-cü il iyulun 21-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakultəsini bitirib.

1986-2001-ci illərdə Azərbaycan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyi Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

2017-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Daha çox xəbərlər