Siyasət 

Dəfələrlə UNESCO-ya müraciət etdik

“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”.

ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, dəfələrlə UNESCO-ya müraciət etdik: “Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edilib. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsidir. UNESCO tərəfindən regiona gəlməklə bağlı müəyyən hazırlıq ifadə olunmuşdu. Biz onları qəbul etməyə hazırıq. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə əlaqədar Konvensiya əsas olmalı, onlara mandat verməlidir. Bunun əsasında da bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, onlara dəymiş ziyanın qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır”.

Daha çox xəbərlər