İdman dərsləri və bufetlər mərhələli şəkildə açılacaq
“Ali məktəblərdə COVID-19 pasportunun yoxlanılması üçün monitorinqlər aparılacaq”.
ARANTV.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, orta və ali təhsil müəssisələrində idman dərsləri və bufetlər mərhələli şəkildə açılacaq:
“Əvvəlcə bölgə məktəblərində, sonra şagird sayı az olan məktəblərdə, ardınca isə vaksinləşmə sayı yüksək olan məktəblərdə bunlara icazə veriləcək”.

