Çilidə 6 yaşdan yuxarı uşaqların “Sinovac”la peyvəndlənməsinə icazə verilib
Çilidə 6 yaşdan yuxarı uşaqların “Sinovac” vaksini ilə peyvəndlənməsinə icazə verilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Milli Səhiyyə Təşkilatı qərar verib.
Qeyd edək ki, ölkədə bundan əvvəl 12 yaşdan böyük uşaqların “Pfizer/BioNTech” vaksini ilə peyvəndlənməsinə başlanmışdı.
Bu günədək ölkədə 19 milyon əhalinin 13 milyon nəfəri koronavirusa qarşı tam vaksinlənib.

