Sosial 

“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər

Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi – “Whatsapp” yeni funksiyasını təqdim edib.

ARANTV.AZ-ın xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə sonuncu dəfə onlayn olduqları vaxtı gizlətməyə imkan verəcək.

Bu zaman kimlərdən gizlənməyi istifadəçilər özləri seçəcəklər. Bunun üçün menyuda 4 bölmə – “Everyone” (hər kəs), “My contacts” (mənim kontaktlarım), “My contacts except” (mənim kontaktlarım istisna olmaqla) və “Nobody” (heç kim) əlavə edilib.

Yeni funksiya ilk öncə “iOS” əməliyyat sistemində aktivləşdiriləcək.

Daha çox xəbərlər