Dünya 

Türkiyə sahillərində 4,5 bal gücündə zəlzələ olub

Egey dənizinin Türkiyə sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilib ki, zəlzələnin episentri Muğla vilayətinin Datça rayonu sahillərində, ocağı isə 5,79 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Daha çox xəbərlər