Rusiya şokoladının ən böyük alıcılarından biri Azərbaycandır
Rusiya bu ilin birinci yarısında $340 milyon dəyərində şokolad ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Rosselxozbank”ın məlumatında deyilir.
Rusiya şokoladlarının əsas istehlakçıları Qazaxıstan, Belarus, Özbəkistan, Azərbaycan və Çin, dondurmanın – ABŞ və Qazaxıstan, şirələrin – Qazaxıstan, Belarus və Ukrayna, cem, jele və marmeladların isə Qazaxıstan və Belarus olub.

