Dünya 

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib – VİDEO

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Meksikanın Seysmoloji Xidmətinin “Twitter” səhifəsində məlumat verilib..

Qeyd olunur ki, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib.

Zəlzələ nəticəsində paytaxt Mexiko şəhərinin bir hissəsində elektrik enerjisi kəsilib.

Hələlik dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.

Daha çox xəbərlər