Hadisə 

Həbsdə olan sabiq icra başçısı vəfat etdi

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev həbsdə saxlanıldığı müəssisədə vəfat edib.

ARANTV.AZ-ın məlumata görə, o, ötən gün dünyasını dəyişib.

Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunmuşdu.

Daha çox xəbərlər