KTMT-da parçalanma – Tacikistan təlimlərdən imtina etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ziddiyətlər davam edir.
ARANTV.AZ modern.az-a istinadən xəbər verir ki, KTMT-nın Qırğızıstanda keçirilən təlimlərinə Tacikistan qatılmayıb.
Sentyabrın 7-9-u tarixlərində keçirilən və Qırğızıstanın İssık-Kul gölü yaxınlığında baş tutan təlimlər “Rubej-2021” adını almışdı. Rəsmi Moskva üstüörtülü şəkildə təlimlərin “Taliban” hərəkatının Mərkəzi Asiya ölkələrinə mümkün hücumlarına qarşı keçirildiyinə işarə etmişdi.

